...

ARDNŞ Gürcüstanda sayca 81-ci yanacaqdoldurma məntəqəsini açıb

Energetika Materials 21 Noyabr 2011 16:46 (UTC +04:00)
ARDNŞ bazar ertəsi Gürcüstanın Qori şəhərinin yaxınlığında yerləşən Urbnisi qəsəbəsində yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib.
ARDNŞ Gürcüstanda sayca 81-ci yanacaqdoldurma məntəqəsini açıb

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) bazar ertəsi Gürcüstanın Qori şəhərinin yaxınlığında yerləşən Urbnisi qəsəbəsində yanacaqdoldurma məntəqəsini (YDM) istismara verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Açılış mərasimində ARDNŞ prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Azər Hüseyn, ARDNŞ-nin Gürcüstandakı nümayəndəliyinin direktoru Mahir Məmmədov, habelə yerli icra hakimiyyətinin nümayəndələri və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Bununla da Gürcüstanda SOCAR brendi altında YDM-lərin sayı 81 ədədə çatıb.

Gürcüstanda Azərbaycan neft məhsullarının satışı məsələləri ilə "SOCAR Georgia Petroleum" MMC məşğul olur. 2006-cı ildə yaradılan "SOCAR Georgia Petroleum" "SOCAR Energy Georgia"nın 100 faizlik törəmə şirkətidir.

ARDNŞ Azərbaycanda bir sıra YDM-lərə sahibdir. Bundan başqa, SOCAR brendi altında tədricən Ukrayna və Rumıniyada YDM-lər açılır.

Xəbər lenti

Xəbər lenti