...

Lvov Şəhər Şurası: "SOCAR Energy Ukraine"nın bütün yanacaqdoldurma şəbəkələri yüksək tələblərə cavab verir (FOTO)

Energetika Materials 23 May 2012 19:57 (UTC +04:00)
2012-ci il mayın 22-də Lvov Şəhər Şurası 2012-ci il futbol üzrə Avropa çempionatını keçirildiyi dövrdə Şuranın yanacaqdoldurma məntəqələrinə (YDM) qarşı tələblərinin yerinə yetirilməsi ilə bağlı şəhər və ətraf ərazilərdəki bütün YDM-lərdə yoxlamalar aparıb.
Lvov Şəhər Şurası: "SOCAR Energy Ukraine"nın bütün yanacaqdoldurma şəbəkələri yüksək tələblərə cavab verir (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

2012-ci il mayın 22-də Lvov Şəhər Şurası 2012-ci il futbol üzrə Avropa çempionatını keçirildiyi dövrdə Şuranın yanacaqdoldurma məntəqələrinə (YDM) qarşı tələblərinin yerinə yetirilməsi ilə bağlı şəhər və ətraf ərazilərdəki bütün YDM-lərdə yoxlamalar aparıb.

Trend-in məlumatına görə, yoxlamalar, həmçinin Lvov vilayətinin Xolodnovidka kəndindəki "SOCAR Energy Ukraine"nın yanacaqdoldurma komplekslərindən birində aparılıb, lakin Lvov Şəhər Şurasının rəyi regiondakı bütün YDM şəbəkəsinə şamil edilir.

Bununla da rəsmən tanınıb ki, Lvov bölgəsində "SOCAR Energy Ukraine"nın bütün YDM-ləri yerli hakimiyyətin yüksək tələblərinə cavab verir. Bu, "Привітне місто" şəklindəki xüsusi yapışqan nişanları ilə təsdiq edilib. Lvov Şəhər Şurasının nümayəndələri onları avtomobil yanacaqdoldurma komplekslərinin ticarət zallarının girişində yapışdırıb.

YDM-lərin yoxlandığı əsas meyarlar sanitar-gigiyenik vəziyyət, bütün ziyarətçilər üçün tualetlərdən istifadənin mümkünlüyü, internetə simsiz çıxış məqsədilə Wi-Fi-ın mövcudluğu olub.

Xəbər lenti

Xəbər lenti