...

Payıza "Abşeron" yatağında ilk kəşfiyyat quyusunun qazılması başa çatacaq

Energetika Materials 31 May 2012 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir E.İsmayılov/

Xəzər dənizinin Azərbaycan sektorundakı "Abşeron" qaz yatağında ilk kəşfiyyat quyusunun yan lülələrinin qazılma prosesi sentyabr ayına tamamlanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"Əgər qazma işləri tez başa çatsa, o zaman sentyabrın 1-nə quyunun öyrənilməsi prosesi də tamamlana bilər, - Yusifzadə deyib. - Əgər bu mümkün olmasa, quyu müvəqqəti saxlanıla bilər".

Onun sözlərinə görə, qazma işləri zamanı məhdudiyyət Heydər Əliyev adına qazma qurğusunun BP şirkəti üçün işlərə cəlb ediləcəyi ilə əlaqədardır. Bu qurğu ilə, həmçinin "Abşeron" yatağında quyu qazılır.

Xəbər lenti

Xəbər lenti