...

"Bakıelektrikşəbəkə" elektrik enerjisinin alışını artırıb

Energetika Materials 3 Yanvar 2013 11:49 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC 2012-ci ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC-dən təqribən 7,7 milyard kilovat-saat elektrik enerjisi alıb.
"Bakıelektrikşəbəkə" elektrik enerjisinin alışını artırıb

Azərbaycan, Bakı, 3 yanvar /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC 2012-ci ilin yanvar-noyabr aylarında "Azərenerji" ASC-dən təqribən 7,7 milyard kilovat-saat elektrik enerjisi alıb. Bu barədə cümə axşamı Trend-ə "Bakıelektrikşəbəkə"dən məlumat veriblər.

Məlumata görə, "Bakıelektrikşəbəkə" noyabrda 693,2 milyon kilovat-saat elektrik enerjisi alıb. Oktyabr ayında bu göstərici 597,3 milyon kilovat-saat təşkil edib.

"Bakıelektrikşəbəkə" 2011-ci ildə "Azərenerji"dən təqribən 8,21 milyard kilovat-saat elektrik enerjisi əldə edib. 2010-cu ildə bu göstərici təqribən 7,92 milyard kilovat-saat olub.

ASC yanvar-noyabr aylarında "Azərenerji"nin tədarük etdiyi elektrik enerjisi haqqının orta hesabla təqribən 94,45 faizini ödəyib.

2011-ci ildə tədarük edilən elektrik enerjisinə görə ödənişlər isə orta hesabla təqribən 92,2 faiz olub. Bu rəqəm 2010-cu ildə 96,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti