...

Bakının enerji operatoru paytaxtda iri layihələrin reallaşdırılmasına hazırlaşır

Energetika Materials 8 May 2013 17:14 (UTC +04:00)
Bakı şəhərində həyata keçirilən quruculuq işləri və digər meqalahiyələrin icrasına başlanılması əlaqədar olaraq "Bakıeletrikşəbəkə" ASC genişmiqyaslı işlərə başlayıb.
Bakının enerji operatoru paytaxtda iri layihələrin reallaşdırılmasına hazırlaşır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

Bakı şəhərində həyata keçirilən quruculuq işləri və digər meqalahiyələrin icrasına başlanılması əlaqədar olaraq "Bakıeletrikşəbəkə" ASC genişmiqyaslı işlərə başlayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ASC-nin rəhbəri Baba Rzayevin "Xalq qəzeti"ndə dərc olunan məqaləsində bildirilir.

Məqalədə qeyd olunur ki, paytaxtda "Ağ şəhər", "Yaşıl şəhər" və digər meqalahiyələrin icrasına başlanılıb.

"Qaradağ rayonunda sənaye parkının yaradılması, o cümlədən 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla əlaqədar olaraq "Bakıelektrikşəbəkə" genişmiqyaslı işlərə başlayıb", - Rzayev vurğulayıb.

Onun sözlərinə görə, 2012-ci ildə həyata keçirilmiş tədbirlər nəticəsində şəbəkənin gücü 2006-cı ildən 80 faiz artaraq 5270 meqavat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti