...

Kiyevdə ARDNŞ-nin yanacaqpaylayıcı gəmisi mövsümi işinə başlayıb

Energetika Materials 20 May 2013 16:29 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) üzən "Bakı-1" yanacaqdoldurma məntəqəsi (YDM) yeni mövsümdə Kiyevdə "Azimut" yaxt-klubunun Dnepr çayı akvatoriyasında yaxta, kater və qayıqlara xidmət göstərilməsinə başlayıb.
Kiyevdə ARDNŞ-nin yanacaqpaylayıcı gəmisi mövsümi işinə başlayıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) üzən "Bakı-1" yanacaqdoldurma məntəqəsi (YDM) yeni mövsümdə Kiyevdə "Azimut" yaxt-klubunun Dnepr çayı akvatoriyasında yaxta, kater və qayıqlara xidmət göstərilməsinə başlayıb. Bu barədə Trend bazar ertəsi ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Məntəqədə eyni zamanda iki gəmi yanacaq doldura bilir. Onlardan birinə "Nano" dizel yanacağı, digərinə A-95 "Nano" benzini vurulur. Üzən YDM-in rezervuarları ümumilikdə 67 kubmetr neft məhsulu tutur. Yanacağın xüsusi avadanlıqla təchiz olunmuş yerlərdə doldurulması və bunker qayığının ekoloji aptek qutusu ilə təchiz edilməsi suyun neft məhsulları ilə çirklənməsinin qarşısını alır.

"SOCAR" brendi altında fəaliyyət göstərən "Bakı-1" yanacaqpaylayıcı gəmisi ilk dəfə suya 2011-ci il avqustun 27-də buraxılıb. Gəmi may ayından sentyabradək davam edən mövsüm dövründə işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti