...

İspaniya şirkətləri ARDNŞ ilə əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindədir

Energetika Materials 11 İyun 2013 20:36 (UTC +04:00)
İyunun 11-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək Azərbaycan-İspaniya biznes forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İspaniya nümayəndə heyətini qəbul edib.
İspaniya şirkətləri ARDNŞ ilə əməkdaşlıq imkanlarını araşdırmaq niyyətindədir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İyunun 11-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Bakıda keçiriləcək Azərbaycan-İspaniya biznes forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İspaniya nümayəndə heyətini qəbul edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, qonaqları səmimi salamlayan Rövnəq Abdullayev ispan iş adamlarını Bakıda görməkdən məmnunluğunu ifadə edib, belə görüşlərin ölkələr arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığını söyləyib.

Görüş üçün təşəkkürünü bildirən İspaniyanın ICEX Ticarət və İnvestisiya Təşkilatının ixracat və biznes əməkdaşlığı şöbəsinin direktoru Rafael Aguilar ölkəsində Azərbaycana böyük maraq olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan-İspaniya biznes forumunda iştirak etmək üçün Bakıya gəlmiş nümayəndə heyətində energetika, neft-kimya, mühəndislik və başqa sahələr üzrə müxtəlif şirkətlər təmsil olunub. Artıq bir sıra dövlət təşkilatlarında görüş keçirdiklərini bildirən qonaq nümayəndə heyəti üzvlərini ARDNŞ-nin prezidentinə təqdim edib.

Qonaqlar təmsil etdikləri şirkətlərin fəaliyyət sahələri haqqında məlumat verib, SOCAR ilə əməkdaşlıq imkanlarını araşdırmaq niyyətində olduqlarını ifadə edib, onları maraqlandıran məsələlərdən danışıblar.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal enerji layihələri haqqında qonaqların suallarına cavab verib. O, Türkiyədə STAR neft emalı zavodunun tikintisi ilə bağlı elan olunan tenderdə qalib gəlmiş "Technical Reunidas" şirkətinin nümayəndələrinin də görüşdə iştirak etdiyini bildirib və gələcəkdə həyata keçiriləcək layihələrdə digər İspaniya şirkətlərinin də açıq tenderlərdə iştirak etməklə təmsil olunacağına əminliyini bildirib. Rövnəq Abdullayev yaxın illərdə Azərbaycanda həyata keçiriləcək "Şahdəniz-2", Neft-Qaz və Neft-Kimya Kompleksi, Sumqayıt Kimya Texnoparkının inşası kimi layihələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğunu söyləyib və ispan iş adamlarını bu layihələrdə fəal iştirak etməyə çağırıb. ARDNŞ-nin prezidenti Azərbaycanda əlverişli biznes və investisiya mühitinin olduğunu vurğulayıb, xarici sərmayələrin qanunla qorunduğunu nəzərə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti