Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E. İsmayılov/
Bu gün "Bakıelektrikşəbəkə" SC və Azərbaycan Texniki Universiteti kadrların hazırlanması sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Trend-in məlumatına görə, sazişi Azərbaycan Texniki Universitetinin rektoru Xavər Məmmədov və "Bakıelektrikşəbəkə"nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev imzalayıblar.
İmzalanma mərasimində çıxış edən Məmmədov hazırlanan kadrların elektrik enerjisi sahəsində müasir nailiyyətlər, yeni və qabaqcıl avadanlıq və texnologiyalarla tanış olmasının vacibliyini qeyd edib.
Əliyevin sözlərinə görə, "Bakıelektrikşəbəkə"nin fəaliyyətə başlmasından etibarən Bakıda elektrikötürücülərin yenilənməsi və müzsirləşdirilməsi üzrə böyük işlər görülüb. İşlər həm elektrikötürücü xətlərdə, həm də yarımstansiyalarda aparılıb.