...

Bakının enerji operatoru iki yarımstansiyanı istismara verəcək

Energetika Materials 23 Sentyabr 2013 11:03 (UTC +04:00)
“Bakıelektrikşəbəkə” ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir.
Bakının enerji operatoru iki yarımstansiyanı istismara verəcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. Hazırda Nizami rayonu ərazisində tikilən 110/35/6 kv-luq 204 saylı yarımstansiyada işlər yekunlaşmaq üzrədir.

Trend-in ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Bakıelektrikşəbəkə" ASC abonentlərin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz olunmaları məqsədilə aparılan yenidənqurma, təmir-bərpa işlərini davam etdirir. Hazırda Nizami rayonu ərazisində tikilən 110/35/6 kv-luq 204 saylı yarımstansiyada işlər yekunlaşmaq üzrədir.

1980-ci illərdə inşa edilmiş bu yarımstansiya 110/6 kv-luq, 2x40 MVA gücündə idi. Ərazidə yeni salınmış yaşayış massivlər, tikilən obyektlərin elektrik enerjisinə olan tələbatını nəzərə alaraq "Bakıelektrikşəbəkə" ASC həmin yarımstansiyanın yerinə daha güclü yeni yarımstansiya inşa etməkdədir. Həmçinin əvvəlkindən fərqli olaraq bu yarımstansiya qapalı tipli olmaqla, daha kiçik həcmli və şəhərin arxitekturasına uyğun şəkildə inşa edilir. Tamamilə yeni texnologiyalardan istifadə edilərək qurulan yarımsransiyanın zirzəmisində kabel kanalları quraşdırılıb. Yarımstansiyanın birinci mərtəbəsində transformatorlar, reaktorlar və 35/6 kv-luq paylayıcı qurğular, yeni bölmə quraşdırılıb.

Yarımstansiyanın ikinci mərtəbəsində 110 kv-luq avadanlıqlar yerləşir. Yerli və xarici istehsal olan müasir avadanlıqlardan istifadə edilməklə tikilən bu yarımstansiyada eleqaz və vakkum sistemləri mövcuddur. Bu yarımstansiyadan 1-ci kateqoriyaya aid obyektlərdən Heydər Əliyev adına Neft Emalı Zavodu elektrik enerjisi ilə təchiz ediləcək. Həmçinin Dövlət Neft Fondunun, Dövlət Neft Şirkətinin inzibati binaları, Olimpiya stadionu, Gimnastika kompleksi və Heydər Əliyev prospektində yeni inşa olunan obyektlərin elektrik enerjisi təchizatı da bu yarımstansiya vasitəsilə təmin ediləcək.

110 kv-luq dairəvi sistemin tərkib hissəsi olan bu yarımstansiya Mərkəzi Dispetçer Xidmətinə - SCADA sisteminə qoşulub.

204 saylı yarımstansiyanın yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.
"Bakıelektrikşəbəkə" ASC bu istiqamətdə işləri davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti