...

Gürcüstan Türkmənistandan tədarüklər hesabına yanacağın qiymətini azaltmaq niyyətindədir

Energetika Materials 22 Oktyabr 2013 16:01 (UTC +04:00)
Gürcüstan daha ucuz qiymətə Türkmənistandan yanacaq tədarük etmək və bununla da daxili bazarda qiymətləri aşağı salmaq niyyətindədir.
Gürcüstan Türkmənistandan tədarüklər hesabına yanacağın qiymətini azaltmaq niyyətindədir

Gürcüstan, Tbilisi, 22 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan daha ucuz qiymətə Türkmənistandan yanacaq tədarük etmək və bununla da daxili bazarda qiymətləri aşağı salmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, Türkmənistandan Gürcüstana yanacaq Azərbaycan vasitəsilə gətiriləcək:

"Artıq Azərbaycan tərəfindən bizim yüklər üçün tranzit dəhlizinin boşaldılması ilə bağlı razılıq almışıq. Bu, yaxın vaxtlarda baş verəcək".

K.Kaladzenin sözlərinə görə, Türkmənistan tərəfi ilə danışıqlar yekunlaşmaq üzrədir: "Yeni bazarın açılmasından sonra bu bazarın azadlığını hiss edəcəyik. Yanacağın qiymətlərinin aşağı salınması da istisna edilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti