...

Bakının enerji operatoru yeni yarımstansiyanın tikintisini tamamlayır

Energetika Materials 4 Dekabr 2013 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC Xətai rayonu ərazisində tikilməkdə olan 201 saylı yarımstansiyada işləri davam etdirir. Trend-in ASC-nin saytına istinadən verdiyi məlumata görə, 1970-ci illərdə inşa olunan yarımstansiyada avadanlıqlar istismar müddətini başa vurub.

10+6,3 MVA gücündə olan yarımstansiya yenidən inşa edilərək 2x25 MVA gücündə olacaq. 35/6 kilovoltlu yarımstansiyanın binası yenidən tikilib.

Yarımstansiyada paylayıcı qurğular, eleqaz və vakuum tipli avadanlıqlar, elektron rele mühafizə sistemi, təhlükəsizlik avadanlıqları üçün ayrıca bölmələr, həmçinin işçilər üçün yardmçı otaqlar nəzərdə tutulub. 35 kilovoltluq dairəvi sxemin tərkib hissəsi olan bu yarımstansiya da Mərkəzi Dispetçer Xidməti olan SCADA-ya qoşulacaq.

Yarımstansiyanın qidalandırılması məqsədilə 35 kilovoltluq kabel xətti çəkilib. Hazırda yarımstansiyanın binası tikilib, yuvalar quraşdırılıb. Qısa müddət ərzində transformatorların və digər avadanlıqların quraşdırılması başa çatacaq. Yarımstansiyada tamamilə yerli istehsal olan avadanlıqlardan istifadə olunur.

Nobel prospektində yerləşən bir sıra obyektləri, həmçinin Dənizkənarı Milli Parkın yeni salınacaq hissəsini və oradakı obyektləri elektrik enerjisi ilə təmin edəcək yarımstansiyada son texnoloji avadanlıqlardan istifadə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti