...

"Şahdəniz-2" layihəsinə 40 milyard dollar xərclənəcək

Energetika Materials 5 Dekabr 2013 19:05 (UTC +04:00)

Türkiyə, İstanbul, 5 dekabr /Trend, xüsusi müxbir A.Axundov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə tərəfdaşlar layihənin ikinci fazasının reallaşdırılmasına 40 milyard dollar xərcləyəcəklər.

Trend-in məlumatına görə, bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel cümə axşamı İstanbulda keçirilən III Xəzər Forumu çərçivəsində panel müzakirələrində deyib.

Onun sözlərinə görə, hasilat infrastrukturunun yaradılmasına çəkilən xərclər təqribən 20 milyard dollar olacaq.

Q.Birrel qeyd edib ki, yatağın işlənməsinə isə 2 milyard dollar xərclənəcək.

Qeyd edək ki, hesablamalara görə, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti