...

ARDNŞ 2017-ci ilədək Gürcüstanın qazlaşdırılmasını davam etdirəcək

Energetika Materials 24 Dekabr 2013 15:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 dekabr /Trend, müxbir N.Kirsxaliya/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2017-ci ilədək Gürcüstanın regionlarının qazlaşdırılmasını davam etdirəcək.

Trend-in məlumatına görə, qazlaşdırma prosesi çərşənbə axşamı şirkətin Gürcüstan hökuməti ilə imzaladığı müqavilə çərçivəsində davam etdiriləcək.

Sənədi ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev və Gürcüstanın iqtisadiyyat və energetika nazirləri Georgi Kvirikaşvili və Kaxa Kaladze imzalayıblar.

Yeni müqavilə çərçivəsində ARDNŞ bu ölkədə əlavə olaraq 100 min abonenti qazlaşdıracaq.

Bundan başqa, ölkənin 2014-cü il üçün qazlaşdırma planı da hazırlanıb.

R.Abdullayev qeyd edib: "Biz Gürcüstan hökumətinin dəstəyindən istifadə edirik, öz üzərimizə düşən öhdəlikləri tam yerinə yetirməyə hazırıq və əməkdaşlığımızın bugünkü səviyyəsindən razıyıq".

Gürcüstanın iqtisadiyyat naziri G.Kvirikaşvilinin sözlərinə görə, bu, hökumətin çox böyük əhəmiyyət verdiyi Gürcüstanın sosial layihələri üçün çox vacibdir: "Bu yolda qardaş Azərbaycan bizə dəstək və kömək göstərir".

Nazir qeyd edib ki, Azərbaycan Gürcüstanın mühüm investisiya tərəfdaşıdır:

"ARDNŞ yaxın illərdə Kulevidə karbamid zavodunun tikintisini həyata keçirmək niyyətindədir. Bu isə bizə beş min adamı işə cəlb etməyə imkan verən bir milyard dollara yaxın investisiya deməkdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti