Azərbaycan, Bakı, 28 yanvar /Trend, müxbir E.İsmayılov/
"Bakıelektrikşəbəkə" ASC 2013-cü il ərzində paytaxtın rayonları üzrə 55 ədəd transformator məntəqəsində (TM) tikinti, təmir-bərpa və yenidənqurma işləri həyata keçirib.
Trend-in ASC-nin rəsmi saytına istinadən verdiyi məlumat görə, bunlardan 13 ədədi Binəqədi, 7 ədədi Nərimanov, 3 ədədi Nizami, 4 ədədi Sabunçu, 3 ədədi Səbail, 1 ədədi Qaradağ, 9 ədədi Yasamal, 2 ədədi Xəzər, 2 ədədi Suraxanı, 5 ədədi Nəsimi və 6 ədədi Xətai rayonunun payına düşür.
Ümumilikdə 8 ədəd yeni TM tikilib, 47 ədəd TM-də isə əsaslı təmir, yenidənqurma işləri aparılıb.
Xarici görünüşü şəhərin arxitekturasına uyğunlaşdırılan TM-lərdə istismar müddəti başa çatmış avadanlıqlar yenilənib, transformatorlar daha güclüləri ilə əvəz olunub.
Aparılan işlərin məqsədi abonentləri keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təchiz etməkdir.