...

Kaxa Kaladze: Gürcüstan ölkədə neft yataqlarının axtarışını aparır

Energetika Materials 12 Fevral 2014 14:59 (UTC +04:00)
Gürcüstan ölkədə neft yataqlarının kəşfiyyat və axtarışını aparır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.
Kaxa Kaladze: Gürcüstan ölkədə neft yataqlarının axtarışını aparır

Gürcüstan, Tbilisi, 12 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan ölkədə neft yataqlarının kəşfiyyat və axtarışını aparır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Gürcüstanda 680 milyon ton neft ehtiyatı olan yatağın aşkarlanması ehtimalı mövcuddur: "Gürcüstanda neft hasilatına XX əsrin 90-cı illərində başlanılıb və o vaxt söhbət ildə 3,5 milyon ton neft həcmindən gedirdi. Hazırda ölkədə neft hasilatı davam edir, lakin hasilat ölkəyə lazım olan həcmlərdə deyil".

K.Kaladze bildirib: "Bizim lisenziyalı bloklarımız var, həmin bloklarda iş aparmaq üçün maraqlar sorğusu elan edilib. Sorğuda xarici şirkətlər də iştirak edir".

Nazirin sözlərinə görə, hazırda Gürcüstanda təqribən 25 lisenziyalı blok var: "Həmin bloklarda kəşfiyyat işləri aparılır, lakin hələ müsbət nəticə əldə olunmayıb".

Qeyd edək ki, Gürcüstan istehlak edilən neft məhsullarının təqribən 100 faizini idxal edir, bu idxalın 28,89 faizi Azərbaycanın payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti