...

"Bakıelektrikşəbəkə" xəbərdarlıq edir

Energetika Materials 16 May 2014 15:52 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinə görə borcu olanlara xəbərdarlıq edir.
"Bakıelektrikşəbəkə" xəbərdarlıq edir

Azərbaycan, Bakı, 16 may /Trend/

"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinə görə borcu olanlara xəbərdarlıq edir.

ASC-dən Trend-ə verilən məlumata görə, elektrik enerjisindən istifadəyə görə debitor borcu yaranmış əhali və qeyri-əhali abonentlərinin (idarə, təşkilat, müəssisələr) elektrik enerjisi təchizatı 20 may 2014-cü il tarixdə, saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandırılacaq və borc ödənilsə belə, təkrar şəbəkəyə qoşulması 24 saatdan sonra mümkün olacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün "Bakıelektrikşəbəkə" ASC tərəfindən çox ciddi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti