...

Bakının enerji operatoru yanvar-apreldə 3 milyard kVt/saatdan çox elektrik enerjisi alıb

Energetika Materials 27 May 2014 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC bu ilin yanvar-aprel aylarında "Azərenerji" ASC-dən 3,2 milyard kilovat/saatdan çox elektrik enerjisi əldə edib. Bunu çərşənbə axşamı Trend-ə "Bakıelektrikşəbəkə" ASC-dən bildiriblər.

"Bakıelektrikşəbəkə" ASC 2013-cü ildə "Azərenerji" ASC-dən təqribən 8,86 milyard kilovat/saat elektrik enerjisi əldə edib. 2012-ci ildə bu rəqəm 8,55 milyard kilovat/saat olub.

"Bakıelektrikşəbəkə" ASC yanvar-apreldə "Azərenerji" ASC-nin tədarük etdiyi elektrik enerjisinin orta hesabla 95,5 faizinin dəyərini ödəyib.

"Bakıelektrikşəbəkə" ASC 2013-cü ildə "Azərenerji" ASC-nin tədarük etdiyi elektrik enerjisinin orta hesabla 93,6 faizinin dəyərini ödəyib ki, bu da 2012-ci ilin göstəricisi ilə eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti