...

"RWE Dea" Azərbaycanın perspektiv strukturunda işlərin gedişini açıqlayıb

Energetika Materials 5 İyun 2014 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir A.Bədəlova/

Almaniyanın "RWE Dea AG" şirkəti Azərbaycanda "Naxçıvan" perspektiv strukturunda kommersiya və texniki baxımdan işləri davam etdirir. Trend-in məlumatına görə, bunu şirkətin Avropada və MDB-də yeni layihələr üzrə baş meneceri Martin Vellens cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz - 2014 (Caspian Oil&Gas) konfransında deyib.

Bir müddət əvvəl Azərbaycanda "Naxçıvan" perspektiv strukturunun kəşfiyyatı və işlənməsi üzrə PSA tipli müqavilə ilə bağlı danışıqların 2014-cü ildə tamamlanacağı xəbər verilmişdi.

M.Vellens qeyd edib ki, bu gün şirkətin əsas fəaliyyəti seysmik məlumatların təkrar emalı və geoloji tərkibin tədqiqidir: "Və biz bütün bu işləri gələn il tamamlayacağımıza ümid edirik. Şərait kifayət qədər əlverişli deyil və ona görə də bizə tədqiqat modelini yeniləmək lazımdır".

Onun sözlərinə görə, hələlik ilkin məlumatlar yetərincə yararlı deyil. Lakin şirkət hesab edir ki, "Naxçıvan" strukturu potensiala malikdir və uzunmüddətli perspektivdə böyük imkanlar təklif edir.

Bu arada ARDNŞ-nin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə şirkətə yataqla bağlı işləri sürətləndirməyi tövsiyə edib.

Qeyd edək ki, 2010-cu ilin martında ARDNŞ və RWE "Naxçıvan" dəniz perspektiv strukturu üzrə anlaşma memorandumu imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti