...

Bakının enerji operatoru yanvar-iyulda 5 milyard kVt/s-dan çox elektrik enerjisi alıb

Energetika Materials 19 Avqust 2014 14:14 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC bu ilin yanvar-iyul aylarında "Azərenerji" ASC-dən təqribən 5,23 milyard kilovat/saat elektrik enerjisi əldə edib.

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Emil İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC bu ilin yanvar-iyul aylarında "Azərenerji" ASC-dən təqribən 5,23 milyard kilovat-saat elektrik enerjisi alıb. Bunu Trend-ə "Bakıelektrikşəbəkə" ASC-dən bildiriblər.

ASC 2013-cü ildə "Azərenerji" ASC-dən təqribən 8,86 milyard kilovat-saat elektrik enerjisi əldə edib. 2012-ci ildə bu rəqəm 8,55 milyard kilovat-saat olub.

"Bakıelektrikşəbəkə" ASC yanvar-iyulda "Azərenerji" ASC-nin tədarük etdiyi elektrik enerjisinin orta hesabla 95,2 faizinin dəyərini ödəyib.

"Bakıelektrikşəbəkə" 2013-cü ildə "Azərenerji" ASC-nin tədarük etdiyi elektrik enerjisinin orta hesabla 93,6 faizinin dəyərini ödəmişdi ki, bu da 2012-ci ilin göstəricisi ilə eynidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti