Azərbaycan, Bakı, 3 sentyabr/Trend, müxbir Emil İsmayılov/
Ukrayna Prezidenti Pyotr Poroşenkonun fərmanı ilə Azərbaycandan enerji resurslarının Ukrayna ərazisi ilə tədarükü marşrutlarının yaradılması üzrə qrup ləğv olunub. Bu barədə Trend çərşənbə günü "Ukrinform" agentliyinə istinadən məlumat verir.
İşçi qrupu 2011-ci ildə Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin sərəncamı ilə yaradılmışdı.
P.Poroşenko, həmçinin digər konsultativ, məşvərətçi və yardımçı orqan və xidmətləri ləğv edib.
Qeyd edək ki, hazırda iki ölkənin milli neft-qaz şirkətləri "Sarmatia" beynəlxalq boru kəməri müəssisəsinin iştirakçılarıdır.