...

Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun iclası keçirilib

Energetika Materials 3 Oktyabr 2014 17:32 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair çoxtərəfli qrupun (ÇQ) iclası keçirilib.
Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun iclası keçirilib

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair çoxtərəfli qrupun (ÇQ) iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı 2013-cü ili əhatə edən hökumətin hesabatı və auditor hesabatının ilkin layihəsi ÇQ üzvlərinə təqdim edilib və tərəflərin bir ay ərzində hesabatlara dair öz fikirlərini bildirmələri qərara alınıb.

İclasda ictimai birliklərin MSŞA Koalisiyası üzvü olan təşkilatların fəaliyyətində yaranmış çətinliklər və digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti