...

SOCAR AQS üç yeni layihə üzrə qazma işləri aparacaq

Energetika Materials 29 Dekabr 2014 19:57 (UTC +04:00)
SOCAR AQS qazma podratçısı yaxın vaxtlarda ARDNŞ şirkəti üçün 3 yeni layihə çərçivəsində dənizdə qazma işlərinə başlamağı planlaşdırır.
SOCAR AQS üç yeni layihə üzrə qazma işləri aparacaq

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir Emil İsmayılov/

SOCAR AQS qazma podratçısı yaxın vaxtlarda ARDNŞ şirkəti üçün 3 yeni layihə çərçivəsində dənizdə qazma işlərinə başlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu ARDNŞ-nin Qazma mühəndisliyi şöbəsinin müdiri Elşən İsmayılov "Qazma mühəndisliyi" dərs vəsaitinin təqdimatında deyib.

Onun sözlərinə görə, hazırda layihələr çərçivəsində "Bulla-6" ("Bulla Dəniz" dəniz yatağı), "Günəşli-7" ("Günəşli" yatağının dayaz sulu hissəsi) platformalarında, habelə "Qərbi Abşeron" yatağında qazma işlərinə başlamağa hazırlıq görülür.

Bu obyektlərdə qazma işlərinə 2015-ci ildə başlamaq planlaşdırılır.

Bundan başqa, E.İsmayılov qeyd edib ki, indiyədək SOCAR AQS tərəfindən 41 yüksəkdebitli quyu qazılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti