...

Kaxa Kaladze: Gürcüstan "Cənub Qaz Dəhlizi" ilə bağlı istənilən problemi həll edəcək

Energetika Materials 12 Fevral 2015 17:15 (UTC +04:00)
Bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında əsasən Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi müzakirə olunub.
Kaxa Kaladze: Gürcüstan "Cənub Qaz Dəhlizi" ilə bağlı istənilən problemi həll edəcək

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Anaxanım Hidayətova/

Bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclasında əsasən Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin 2-ci mərhələsi müzakirə olunub. Bu barədə Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

Nazir qeyd edib: "Eləcə də TANAP və TAP layihələri müzakirə olundu. Ümumilikdə, biz "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsi zamanı yarana biləcək problemlərdən danışdıq. Öz növbəsində, Gürcüstan vəd etdi ki, ölkə ərazisində layihənin reallaşdırılması zamanı yaranacaq istənilən məsələni həll etməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti