...

TAP qaz kəmərinin layihələndirilməsi başa çatır

Energetika Materials 15 Aprel 2015 13:43 (UTC +04:00)
Mayın sonunadək Transadriatik qaz kəmərinin (TAP) tikinti layihəsi üzrə bütün hazırlıq işləri başa çatacaq.
TAP qaz kəmərinin layihələndirilməsi başa çatır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Maksim Tsurkov/

Mayın sonunadək Transadriatik qaz kəmərinin (TAP) tikinti layihəsi üzrə bütün hazırlıq işləri başa çatacaq. Trend-in məlumatına görə, bunu İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

O bildirib: "Biz qeyd etdik ki, TAP layihəsinin rəsmiləşdirilməsi yekun mərhələyə qədəm qoyur. Mayın sonunadək layihələndirmə üzrə son qərarlar qəbul ediləcək və hazırlıq işləri başa çatacaq".

Nazir əlavə edib ki, layihənin reallaşdırılması İtaliya üçün çox vacibdir: "O, ikitərəfli əlaqələrimizi (Azərbaycan ilə) xeyli möhkəmləndirəcək, İtaliya və Avropa İttifaqına isə qaz tədarük mənbələrini şaxələndirməyə və regionun enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti