...

"Günəşli" yatağında 2 quyu istismara verilib

Energetika Materials 19 İyun 2015 18:27 (UTC +04:00)
Respublikanın enerji təminatında mühüm rol oynayan “Günəşli” yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır.
"Günəşli" yatağında 2 quyu istismara verilib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Respublikanın enerji təminatında mühüm rol oynayan "Günəşli" yatağında hasilatın artırılması və quyu fondunun genişləndirilməsi işləri daim diqqət mərkəzində saxlanılır.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bu günlərdə "Azneft" İstehsalat Birliyinin sifarişi əsasında yataqdakı 11 nömrəli dərin dəniz özülündən 344 nömrəli quyu qazmadan sonra istismara verilib. Fasilə Lay Dəstəsinə qazılan bu yeni quyu fontan üsulu ilə məhsul verib, 3070-3034 metr intervaldan gündəlik 80 ton neft və 17000 kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilib.

"Günəşli" yatağındakı 14 nömrəli dərin dəniz özülündəki 266 nömrəli quyu isə əsaslı təmirdən sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin IX horizontundan 2740-2695 metr intervaldan gündəlik 65 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyularda istismar işləri "Azneft" İB "28 May" NQÇİ tərəfindən həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti