...

Pirallahıda yeni quyular qazılır

Energetika Materials 15 Oktyabr 2015 15:54 (UTC +04:00)
Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” və “Pirallahı-dəniz” yataqlarında 2 yeni quyuda qazma işlərinə başlayıb.
Pirallahıda yeni quyular qazılır

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Kompleks Qazma İşləri Tresti "Pirallahı adası-quru" və "Pirallahı-dəniz" yataqlarında 2 yeni quyuda qazma işlərinə başlayıb.

"Pirallahı-dəniz" yatağındakı 1140 nömrəli meydançadan qazılan 1147 nömrəli quyunun layihə dərinliyi 840 metr, "Pirallahı adası-quru" yatağındakı 1185 nömrəli quyunun layihə dərinliyi isə 800 metrdir.

Qeyd edək ki, "Azneft" İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti