Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:29-da yayılıb)
Bakı. Maksim Tsurkov - Trend:
Fevralın 4-də Gürcüstan Baş nazirinin müavini və energetika naziri Kaxa Kaladzenin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər çərçivəsində SOCAR-da olub.
Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, şirkətin prezidenti Rövnəq Abdullayevlə aparılan danışıqlarda ikitərəfli əməkdaşlıq məsələləri, Cənub Qaz Dəhlizinin inkişaf perspektivləri, Cənubi Qafqaz Boru Kəmərinin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisinin gedişi, həmçinin Azərbaycan qazının Gürcüstana nəqlində yaranmış problemlər və onların həll yolları müzakirə olunub.
Tərəflər danışıqların və müntəzəm görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.