...

Kaxa Kaladze yenə Azərbaycana gəlir

Energetika Materials 22 Fevral 2016 17:24 (UTC +04:00)
Gürcüstanın energetika naziri Kaxa Kaladze Azərbaycana səfər edəcək.
Kaxa Kaladze yenə Azərbaycana gəlir

Bakı. Trend:

Gürcüstanın energetika naziri Kaxa Kaladze fevralın 29-da Azərbaycana səfər edəcək. Bu barədə Trend IPN agentliyinə istinadən məlumat verir.

K.Kaladzenin sözlərinə görə, səfəri çərçivəsində SOCAR-ın nümayəndələri, eləcə də konsorsium rəhbərliyi ilə görüşəcək: "Biz "Şahdəniz"dən əlavə həcmlər ala bilmək üçün fəal işləyirik. Çox nikbinik və düşünürük ki, müəyyən razılaşma əldə edəcəyik. Bundan sonra bizdə "Qazprom"la danışıqları necə başa çatdırmaqla bağlı təsəvvür yaranacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti