...

Nazir: Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir (ÖZƏL) (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Fevral 2016 12:42 (UTC +04:00)
Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir.
Nazir: Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir (ÖZƏL)  (ƏLAVƏ OLUNUB)

Bakı. Anxanım Hidayətova - Trend:

Gürcüstan Azərbaycan qazının əlavə həcmləri barədə razılığa gəlməyə ümid edir. Bunu Bakıda Trend-ə Gürcüstanın energetika naziri Kaxa Kaladze deyib.

Onun sözlərinə görə, Gürcüstan Azərbaycan qazının tədarüklərinin həcminin artırılması məsələsi üzrə "Şahdəniz" konsorsiumu ilə bir neçə aydır danışıqlar aparır: "Fikrimcə, bu günlərdə biz bu məsələni razılaşdıracağıq və Azərbaycandan əlavə qaz həcmləri almaq imkanı olacaq".

O, "Qazprom" və Gürcüsran arasında qaz üzrə danışıqları adi illik prosedur adlandırıb: "Biz Rusiya tədarüklərinin həcminin 10 faizini alırıq və hər il müqaviləni yeniləyirik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır və çoxillik dostluq əlaqələrimiz var".

Nazir diqqətə çatdırıb: "Təəssüf ki, bəzi qüvvələr iki ölkə münasibətlərini korlamaq üçün belə məqamlardan istifadə edir. Lakin onlarda heç nə alınmayacaq".

"Cənub Qaz Dəhlizi"nə gəlincə, K.Kaladzenin sözlərinə görə, Gürcüstan ölkəyə əlavə qaz həcmləri almağa imkan verəcək bu layihəni yüksək qiymətləndirir: "Gürcüstanda bu layihə üzrə bütün işlər plana uyğun gedir və ümid edirəm ki, o, 2018-ci ildə işə salınacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti