...

"Azəriqaz" gücləndirilmiş rejimdə işləyəcək

Energetika Materials 17 Mart 2016 20:02 (UTC +04:00)
“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar 2016-cı il martın 19-dan 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.
"Azəriqaz" gücləndirilmiş rejimdə işləyəcək

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar 2016-cı il martın 19-dan 28-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də "Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları"nın tələblərinə uyğun olaraq, qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək. Belə ki, sutka ərzində 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli "qaynar xət"lərinin fəaliyyəti gücləndiriləcək, eyni zamanda Birliyin Texniki istismar şöbəsində, Bakı Regional Qaz İstismarı Departamentində, Sumqayıt Qaz istismar sahəsində, Regional Qaz İstismar idarələrində və digər xidmət sahələrində məsul şəxslərdən ibarət sutkalıq növbətçilik təşkil olunacaq.

"Azəriqaz" İB bütün istehlakçılardan bayram günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti