...

140-dan artıq yaşayış məntəqəsi qazlaşdırılıb

Energetika Materials 6 Sentyabr 2016 17:43 (UTC +04:00)
Bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.
140-dan artıq yaşayış məntəqəsi qazlaşdırılıb

Bakı. Trend:

Bu ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsinə təbii qaz verilib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə bu ilin yanvar-avqust ayları ərzində 7075,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 206,7 kilometr qaz kəməri əsaslı təmir olunub.

Aparılan tikinti-quraşdırma işləri nəticəsində 2016-cı ilin yanvar-avqust aylarında 143 yaşayış məntəqəsi qazlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti