Bakı. Maksim Tsurkov – Trend:
Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) Azərbaycan Beynəlxalq Bankında (ABB) depozit həcminin artırılması və digər banklarda depozitlərin yerləşdirilməsi üzrə planları yoxdur.
Trend-in məlumatına görə, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fondun qaydalarına əsasən, SOFAZ aktivlərinin ümumi həcminin beş faizə qədərini daxili bazarda yerləşdirmək imkanına malikdir: "Bizim aktivlər hazırda 35,82 milyard dollar təşkil edir. ABB-də fond bir milyard dollarlıq depozit yerləşdirib".