...

Binəli Yıldırım: Tükiyə və Azərbaycan enerji sahəsində vacib layihələr həyata keçirir

Energetika Materials 10 İyul 2017 14:15 (UTC +04:00)
Türkiyə üçün enerji ehtiyatları mübahisə mənbəyi deyil, əksinə, dialoqa xidmət edir.
Binəli Yıldırım: Tükiyə və Azərbaycan enerji sahəsində vacib layihələr həyata keçirir

İstanbul. Seymur Əliyev, Rufiz Hafizoğlu - Trend:

Türkiyə üçün enerji ehtiyatları mübahisə mənbəyi deyil, əksinə, dialoqa xidmət edir.

Trend-in məlumatına görə, bunu İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Onun sözlərinə görə, Tükiyə və Azərbaycan tərəfindən reallaşdırılan Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkiyənin uğurlu enerji siyasətinin bariz nümunəsidir.

B.Yıldırım qeyd edib ki, Tükiyə və Azərbaycan həmçinin, Bakı-Tbilisi-Ceyhan kimi vacib layihələri də həyata keçirir.

O deyib: “Türkiyə həmişə enerji layihələrinin diversifikasiyasının tərəfdarı kimi çıxış edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti