...

Qeri Cons: Hasilatın pay bölgüsü haqqında sazişlər BP və tərəfdaşlarının Azərbaycanda sərmayələrinin etibarlı təminatçısıdır

Energetika Materials 9 Noyabr 2017 10:02 (UTC +04:00)
Hasilatın pay bölgüsü haqqında sazişlər BP və tərəfdaşlarının Azərbaycanda sərmayələrinin etibarlı təminatçısıdır.
Qeri Cons: Hasilatın pay bölgüsü haqqında sazişlər BP və tərəfdaşlarının Azərbaycanda sərmayələrinin etibarlı təminatçısıdır

Bakı. Trend:

Hasilatın pay bölgüsü haqqında sazişlər BP və tərəfdaşlarının Azərbaycanda sərmayələrinin etibarlı təminatçısıdır.

Trend-in məlumatına görə, bunu noyabrın 8-də BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

O qeyd edib ki, 1994-cü ildə - Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə ümummilli lider Heydər Əliyev ölkənin qapılarını BP də daxil olmaqla xarici investorların üzünə açdı və Azərbaycanın müasir tarixində ilk beynəlxalq neft sazişini imzaladı:

"Haqlı olaraq “Əsrin müqaviləsi” adlandırılmış “Azəri-Çıraq-Günəşli” neft yatağı üzrə hasilatın pay bölgüsü haqqında Sazişin imzalanması nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli neft infrastrukturu ərsəyə gəldi və bütün bunlar güclü iqtisadi inkişafa təkan verdi. Ən önəmlisi isə “qara qızıl”ı insan kapitalına çevirməyə imkan yaratdı".

Regional prezident bildirib ki, bu il BP Azərbaycandakı fəaliyyətinin 25 illiyini qeyd edir: "Əsrin ötmüş dörddəbir hissəsi ərzində bizim Azərbaycan hökuməti və partnyor şirkətlər ilə olan tərəfdaşlığımız, bir sözlə desək, mükəmməl olub. Bu tərəfdaşlıq Xəzərin dərinliklərindən karbohidrogenlərin hasil olunmasına, emal edilməsinə və Avropadakı yanacaqdoldurma məntəqələrinə və qaz sobalarına nəqlinə imkan verən güclü regional infrastruktur yaradıb".

Q.Cons vurğulayıb ki, hasilatın pay bölgüsü haqqında sazişlər Azərbaycanda BP-nin və tərəfdaşlarımızın yatırdığı sərmayələrin etibarlı təminatçısıdır:

"Sentyabrın 14-də bütün dünya parlaq gələcək vəd edən, tərəfdaşların və Azərbaycan hökumətinin yenidən tərtib olunmuş “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə Sazişin imzalanmasının şahidi oldu. Bu Saziş artıq bir çoxları tərəfindən “Yeni Əsrin Müqaviləsi” adlandırılır. İnanıram ki, yenilənmiş Saziş yalnız Azərbaycan iqtisadiyyatına növbəti böyük sərmayə axını gətirməklə kifayətlənməyəcək, həm də ölkənin neft sənayesinin tarixində texnoloji inkişaf və insan nailiyyətləri ilə zəngin olan yeni bir səhifə açacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti