...

Azərbaycan nefti yenə ucuzlaşıb

Energetika Materials 8 Fevral 2018 23:00 (UTC +04:00)
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib.
Azərbaycan nefti yenə ucuzlaşıb

Bakı. Maksim Tsurkov – Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 68,18 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,94 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 7-də 67,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 7-də 63,05 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 1,45 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 7-də 65,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,08 dollar/barel azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti