...

2017-ci ildə 56 yaşayış məntəqəsinə qaz verilib

Energetika Materials 7 Mart 2018 12:52 (UTC +04:00)
Ötən il ölkədə 56 yaşayış məntəqəsi qazlaşdırılıb.
2017-ci ildə 56 yaşayış məntəqəsinə qaz verilib

Bakı. Samir Əli - Trend:

Ötən il ölkədə 56 yaşayış məntəqəsi qazlaşdırılıb.

Trend-in məlumatına görə, nəticədə 23 min 498 abonent təbi qazla təmin edilib.

Ötən ilin sonunda ölkə üzrə 2178 məntəqə qazlaşdırılıb.

Bu il yanvarın 1-nə olan məlumata görə, "Azəriqaz" İB üzrə əhali abunəçilərinin sayı 2 milyon 69 min nəfər, ümumi abonentlərin sayı isə 2 milyon 98 min nəfər olub.

Ötən il həmçinin ölkə üzrə bütün abonentlər qaz sayğacı ilə təmin edilib, istismar müddəti bitən və istismara yararsız olan 22 min 872 ədəd qaz sayğacı yenisi ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti