...

"Cənub Qaz Dəhlizi" Balkan ölkələrinin qaz tələbatının təqribən 50 faizini təmin edə biləcək (YENİLƏNİB)

Energetika Materials 20 Sentyabr 2018 09:42 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" Balkan ölkələrinin qaz tələbatının 40-50 faizini təmin edə biləcək.
"Cənub Qaz Dəhlizi" Balkan ölkələrinin qaz tələbatının təqribən 50 faizini təmin edə biləcək (YENİLƏNİB)

Bakı. İlkin Şəfiyev - Trend:

"Cənub Qaz Dəhlizi" layihəsi perspektivdə Balkan ölkələrinin təbii qaz tələbatının təqribən 40-50 faizini təmin edə biləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov VII Beynəlxalq "Caspian Energy 2018" forumunda bəyan edib.

Nazir bildirib: "Layihənin strateji əhəmiyyətindən danışarkən qeyd etmək lazımdır ki, "Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi baxımından həssas region olan Şərqi Avropaya yönəlib. Layihə Bolqarıstan və Yunanıstanın qaza olan tələbatının 30-35 faizini və ilkin mərhələdə İtaliyanın ümumi tələbatının təqribən 10 faizini təmin edə biləcək, ikinci mərhələdə isə bu ölkələr üçün qaz qovşağına çevriləcək. İnterkonnektorların köməyi ilə layihə Balkan ölkələrinin tələbatının təqribən 40-50 faizini təmin edə biləcək".

P.Şahbazov vurğulayıb ki, gələcəkdə "Cənub Qaz Dəhlizi" vasitəsilə qaz tədarükü həcmləri artırıla bilər:

"Layihənin buraxılış qabiliyyəti vahid həcmlə məhdudlaşmır. Gələcəkdə bu layihə ilə qaz yalnız "Şahdəniz-2"dən deyil, digər yataqlardan da ixrac oluna bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti