...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Energetika Materials 11 Noyabr 2020 11:25 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı yeni proqnozlarını açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2020-ci ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada orta hesabla 0,71 milyon barel təşkil edəcək.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) noyabr ayında dərc edilmiş enerji bazarının icmalında deyilir.

EIA-nın göstəricilərinə görə, 2020-cu ilin birinci, ikinci və üçüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,77, 0,7 və 0,67 milyon barel təşkil edib.

Proqnoza əsasən, bu ilin dördüncü rübündə hasilatın sutkada 0,69 milyon barel təşkil edəcəyi gözlənilir.

2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının sutkada 0,73 milyon barelədək artması gözlənilir.

Proqnoza əsasən, 2021-ci ilin birinci və ikinci rüblərində sutkada 0,71 və 0,73 milyon barel, üçüncü və dördüncü rübdə isə sutkada 0,74 milyon barel neft hasil olunacaq.

Qeyd edək ki, EIA-nın məlumatına əsasən, 2019-cu ildə Azərbaycanda neft və kondensat hasilatı sutkada 0,79 milyon barel təşkil etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti