...

SOCAR AQŞ Ukraynada hasilat fəaliyyətinə investisiya yerləşdirməkdə maraqlıdır

Energetika Materials 1 Sentyabr 2021 12:20 (UTC +04:00)
SOCAR AQŞ Ukraynada hasilat fəaliyyətinə investisiya yerləşdirməkdə maraqlıdır

Bakı. Ləman Zeynalova - Trend:

SOCAR AQŞ MMC Ukraynada hasilat fəaliyyətinin müxtəlif növlərinə investisiya yerləşdirməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, avqustun 31-də keçirilmiş görüş zamanı SOCAR AQŞ-nin baş direktoru Samir Mollayevin başçılığı ilə nümayəndə heyəti 3D seysmologiya, qazma və bilavasitə hasilat kimi fəaliyyət növlərinə investisiya yerləşdirməyə və əməkdaşlığa maraq göstərib.

Ukrayna energetika nazirinin birinci müavini Yuri Vlasekonun sözlərinə görə, ölkənin neft-qaz hasilatı sahəsi xarici investisiyaların cəlb edilməsi üçün perspektivlidir, Ukrayna isə Azərbaycan şirkətinin dəniz şelfində qaz və neft hasilatı sahəsində təcrübəsində maraqlıdır.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti