...

TAP sayəsində İtaliyada enerji ilə bağlı vəziyyət digər Avropa ölkələrindən daha yaxşıdır - Snam-ın baş direktoru

Energetika Materials 9 Noyabr 2021 13:47 (UTC +04:00)
TAP sayəsində İtaliyada enerji ilə bağlı vəziyyət digər Avropa ölkələrindən daha yaxşıdır - Snam-ın baş direktoru

Bakı. Ləman Zeynalova - Trend:

Trans-Adriatik Boru Kəməri (TAP) sayəsində İtaliyada enerji təhlükəsizliyinin vəziyyəti digər Avropa ölkələrindən daha yaxşıdır.

Trend-in məlumatına görə, bunu TAP-ın səhmdarlarından biri olan Snam şirkətinin baş direktoru Marko Alvera bildirib.

"Dünyada qaz qiymətlərində qəfil artım və qeyri-sabitlik, tədarük gərginliyinin olduğu bir vaxtda Snam enerji təhlükəsizliyinə töhfə vermək üçün investisiyalarını artırır. Öz anbarları və TAP-ın istifadəyə verilməsi sayəsində İtaliyada vəziyyət digər Avropa ölkələrindən daha yaxşıdır. İlk doqquz ayın nəticələri bizim əsas biznesimizin davamlılığını, De Nora kimi yeni tərəfdaşların sayında artımı və şirkətin maliyyə strukturunun optimallaşdırılmasına daim diqqət yetirdiyini göstərir" - deyə M.Alvera vurğulayıb.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. 2020-ci ilin dekabrında istifadəyə verilən TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetrdir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti