...

SOCAR Türkmənistanda ofis açmağa ümid edir

Energetika Materials 7 İyun 2022 20:39 (UTC +04:00)
SOCAR Türkmənistanda ofis açmağa ümid edir
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Türkmənistan enerji əməkdaşlığını inkişaf etdirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masa zamanı deyib.

O qeyd edib ki, bir müddət əvvəl Türkmənistan qazının İran vasitəsilə Azərbaycana tədarükü barədə müqavilə imzalanıb

"Bizim şirkətimiz neft və qaz sahəsində fəaliyyət göstərən transmilli şirkətdir. Mən ümid edirəm ki, biz Aşqabadda ofisimizi aça biləcəyik", - deyə o bildirib.

E.Nəsirov əlavə edib ki, Xəzər dənizinin hüquqi statusunun həll olunması Xəzəryanı ölkələrə daha böyük imkanlar təqdim edir, belə ki, regiondakı beş ölkə dünyanın iri karbohidrogen hasilatçılarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti