Bakı. Trend:
Dənizdə mühəndislik həlləri sahəsində dünya lideri olan Böyük Britaniyanın "Aquaterra Energy" şirkəti "Babək" yatağının işlənməsi layihəsi çərçivəsində Ümid Babək Əməliyyat Şirkəti ilə yüksək təzyiq və temperatur sualtı rayzerinin tikintisi üzrə müqavilə imzalayıb.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Qeyd olunur ki, "Aquaterra Energy" "Babək" yatağında BX-01 kəşfiyyat quyusunun qazılması proqramı çərçivəsində öz sualtı rayzer sistemini qoyacaq.
Xatırladaq ki, "Ümid-Babək" blokunun kəşfiyyatı və işlənməsi üzrə müqavilə 2017-ci il yanvarın 12-də SOCAR-la "SOCAR Umid Oil and Gas Limited" arasında imzalanıb. Blokun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir.