...

IGB layihə şirkəti yeni idarəetmə modelini tətbiq edir

Energetika Materials 16 Avqust 2022 03:52 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan-Bolqarıstan qaz interkonnektoru (IGB) idarə edəcək şirkət iki səviyyəli idarəetmə modelini tətbiq edir.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Bu, iki milli enerji tənzimləyicisindən alınan sertifikatın qüvvəyə minməsi üçün əsas tələbdir.

ICGB layihə şirkətini müstəqil ötürmə operatoruna çevirmək tələbinə uyğun olaraq yeni idarəetmə modelini təqdim edir.

Şirkətin səhmdarlarının (BEH və IGI Poseidon) ümumi yığıncağından sonra şirkətin yeni nizamnaməsi də qəbul edilib. Dəyişikliklər ICGB-nin şirkətin iyul ayında elan edilmiş Yunanıstan və Bolqarıstanın milli enerji tənzimləyiciləri tərəfindən sertifikatlaşdırılmasına dair öhdəliyinin bir hissəsidir.

Baş assambleyada Yunanıstan tərəfdən yeni icraçı direktor seçilib və yeni yaradılmış iki strukturun - şirkətin İdarə Heyətinin və Müşahidə Şurasının tərkibi təsdiqlənib. Şirkətin iki idarə heyətinin yeni seçilmiş üzvləri müstəqil ötürmə operatoru kimi ICGB sertifikatlaşdırma prosesinin bir hissəsi olaraq 2022-ci ilin mart ayında tənzimləyicilərin təsdiq üçün namizəd göstərilib.

Şirkəti iki icraçı direktor təmsil etməkdə davam edir: Teodora Georgieva Bolqarıstan tərəfdən, Georgios Satlas isə Yunanıstan tərəfdən icraçı direktor olur.

Veselin Petrov, Panayotis Rizos, Angel Yankov, Momçil Vanov, Fabio Santambroco və Georgios Polixroniu yeni yaradılmış Müşahidə Şurasının üzvləri seçiliblər.

Dəyişikliklər qüvvəyə minib və artıq Kommersiya Reyestrində dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti