...

TAP konsorsiumu genişlənmənin texniki aspektləri barədə

Energetika Materials 3 Oktyabr 2022 20:50 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru xəttinin (TAP) mövcyd gücünün iki dəfə artırılması üçün daha iki kompressor stansiyası lazım olacaq.

Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.

Qeyd olunur ki, kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisinə zərurət var. Eyni zamanda, TAP mövcud olan iki stansiyanı da modernləşdirməlidir.

"Bununla belə, yeni boru xətlərinin salınmasına ehtiyac yoxdur, belə ki, hazırkı xətt ildə 20 milyard kubmetr qaz qəbul etmək iqtidarındadır", - məlumatda deyilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti