...

IGB etibarlı mənbələrə çıxışın əldə olunması deməkdir - Lyayen

Energetika Materials 10 Oktyabr 2022 13:53 (UTC +04:00)
IGB etibarlı mənbələrə çıxışın əldə olunması deməkdir - Lyayen
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazını nəql edən Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) etibarlı mənbələrə çıxışın əldə olunması deməkdir.

Trend-in məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Tallinn rəqəmsal sammitində çıxışı zamanı deyib.

"Düzgün infrastruktur vacib əhəmiyyət daşıyır. Yaxşı xəbər ondan ibarətdir ki, Avropa hər gün keçdikcə daha böyük nailiyyətlər əldə edir. Bir neçə gün əvvəl Bolqarıstanla Yunanıstan arasında qaz interkonnektorunun açılışını etdik. O, Azərbaycandan və Aralıq dənizindəki mayeləşdirilmiş təbii qaz terminallarından qazı təkcə Bolqarıstana deyil, həm də Rumıniya, Serbiya və Şimali Makedoniyaya çatdıracaq. Bu marşrutlar Avropanın enerji təhlükəsizliyi üçün oyun qaydalarını dəyişir. Bu, bütün Aİ-də etibarlı enerji mənbələrinə çıxışın əldə olunmasını və Rusiya qazından asılılığın azalmasını ifadə edir", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti