...

Energetika naziri 27 il ərzində Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyaların həcmini açıqlayıb

Energetika Materials 22 Fevral 2023 10:38 (UTC +04:00)
Energetika naziri 27 il ərzində Azərbaycanın neft-qaz sektoruna qoyulan investisiyaların həcmini açıqlayıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

27 il ərzində Azərbaycanın neft-qaz sektoruna 89 milyard dollardan çox xarici investisiya qoyulub.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın uzunmüddətli enerji siyasətinə verdiyi əsas töhfələrdən biri 1996-cı ildə "Şahdəniz" qaz yatağı üzrə sazişin imzalanması olub.

“Həmin saziş sayəsində Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilməsinə, Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsinə imkan yaranıb. Bu gün bu layihələrin hər biri ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələridir: “Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından 569 milyon tona yaxın neft, 40,6 milyon ton kondensat, təxminən 390 milyard kubmetr qaz çıxarılıb, 170 milyard dollardan çox gəlir əldə edilib. Bakı-Supsa 99,4 milyon ton, BTC isə 477,5 milyon tonu Azərbaycana, 55,4 milyon tonu digər ölkələrə məxsus ümumilikdə 533 milyon tondan çox nefti dünya bazarına nəql edib. İndiyə kimi ixraca yönləndirilmiş 130 milyard kubmetr qaz üçün bazarlar Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə daha da şaxələndirilib. 27 il ərzində neft-qaz sektoruna 89 milyard dollar xarici sərmayə qoyulub”, - o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti