...

Mart ayında Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb

Energetika Materials 13 Aprel 2023 11:08 (UTC +04:00)
Mart ayında Azərbaycanda gündəlik neft hasilatının həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin mart ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 632 min barrel olub.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, bunun 515 min barrelini xam neft, 117 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti