...

Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib

Energetika Materials 31 May 2023 16:17 (UTC +04:00)
Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması müzakirə edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə görüşüb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.

"Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero ilə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Xəzər-Avropa Yaşıl Enerji Dəhlizinin yaradılması və Enerji Dialoqu çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdik. Növbəti addımları müəyyənləşdirdik", - deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti