...

İrlandiya Azərbaycandan neft alışını təqribən üç dəfə artırıb

Energetika Materials 9 İyun 2023 16:53 (UTC +04:00)
İrlandiya Azərbaycandan neft alışını təqribən üç dəfə artırıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan İrlandiyaya təqribən 263,1 min ton xam neft və neft məhsulları ixrac edib ki, bu da Azərbaycanın ümumi xammal ixracının 2,85 faizini təşkil edir.

Trend xəbər verir ki, bu göstərici illik hesablamada üç dəfə və ya 175,02 min ton artıb.

Qeyd olunan dövrdə Azərbaycandan İrlandiyaya neft və neft məhsulları ixracının dəyəri 149,744 milyon dollar olub. Bu isə 2022-ci ilin analoji dövrü ilə müqayisədə üç dəfə və ya 99,683 milyon dollar çoxdur.

Bütünlükdə 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 9,236 milyon tona yaxın neft və neft məhsulları ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən (9,5 milyon ton) 2,6 faiz azdır. Dəyər ifadəsində neft ixracı 5,715 milyard dolları ötüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 12,7 faiz və ya 829,564 min dollar azdır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti