...

Yaxın Şərqdəki vəziyyət Avropada qaz fyuçerslərinin qiymətinə təsir edir - "Bloomberg"

Energetika Materials 27 Dekabr 2023 13:22 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə müharibənin genişlənməsi riski ilə əlaqədar olaraq Avropada qaz fyuçerslərinin qiyməti artır.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, Qəzza zolağında münaqişənin kəskinləşərək, daha genişmiqyaslı müharibəyə çevrilməsi riski ilə əlaqədar olaraq, Avropada təbii qaz fyuçerslərinin qiyməti bahalaşıb.

Qeyd olunub ki, gəmilərin hədəf alınması tədarüklərə güclü təsir göstərməsə də, enerji daşıyıcıları ixracının əsas tranzit marşrutları üçün potensial təhdidləri nəzərə alaraq, bazar yüksək hazırlıq vəziyyətində qalmağa davam edir. Belə ki, maye təbii qaz nəql edən bəzi gəmilər marşrutlarını dəyişmək məcburiyyətində qalırlar ki, bu da çatdırılma müddətinin uzanması ilə nəticələnir.

Xatırladaq ki, bir qədər əvvəl Yəmən husiləri Qırmızı dənizdə kommersiya gəmilərini hədəf alıblar. Onlar Qəzza zolağında hərbi əməliyyatlar dayandırılmayacağı təqdirdə İsrailə məxsus və onunla əlaqədar gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazından keçməsinə mane olacaqlarını bildiriblər.

Qeyd edək ki, Qırmızı dəniz neft və yanacaq tədarükü üzrə dünyanın ən mühüm marşrutlarından biridir.

Xəbər lenti

Xəbər lenti